Zəngilan sakini: Şəhidlərimizin qanı, canı bahasına yurdumuz azad olundu
Bakı, 13 sentyabr, AZƏRTAC
Çox xoşbəxtik, sevincimizin həddi-hüdudu yoxdur. Çünki doğulduğumuz el-obamıza qayıdırıq. Şəhidlərimizin qanı, canı bahasına yurdumuz azad olundu. Düzdür, yurd həsrəti ilə dünyadan köçən yaxınlarımız da oldu, amma bu gün onların ruhu şaddır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində işğaldan azad edilən Zəngilana qayıdan keçmiş məcburi köçkün Məhəmmədəli Fəridov söyləyib.
O deyib: “Qayıtdıqdan sonra ilk olaraq doğmalarımın məzarını ziyarət edəcəyəm. Həyata yenidən başlayacağam. Orada maldarlıq və təsərrüfat işləri ilə məşğul olmağı düşünürəm”.
Məhəmmədli Fəridov həm məcburi köçkünlük dövründə, həm də hazırkı vaxtda onlara yaradılan şəraitə görə ölkə başçısına və birinci xanıma minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]