CƏMİYYƏT
Zəngilanda keçirilən növbəti ağacəkmə tədbiri zamanı 400-ə yaxın tut ağacı əkilib
Bakı, 3 dekabr, AZƏRTAC
Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla 400-ə yaxın tut ağacı əkilib.
M.Səfərovun sözlərinə görə bu, Zəngilan rayonu ərazisində keçirilən ikinci əkin-bərpa tədbiridir, bundan əvvəl rayon ərazisində Şərq çinarları əkilmişdi: “Xatırladım ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlifcinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]