Zəngilanda Şəhidlər xiyabanı ziyarət olunub
Zəngilan, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
27 Sentyabr - Anım Günündə Zəngilan Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və nümayəndəliyin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər ziyarətdə iştirak ediblər. Zəngilan Şəhidlər xiyabanında şəhidlərimizin məzarı üzərinə çiçəklər düzülüb, xatirələri yad edilib, şəhidlərin ruhuna dualar oxunub.