ZİNYƏT VƏLİYEVA KAMANDAN OXATMA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDİR
Bakı, 14 avqust (AZƏRTAC). Avqustun 14-22-də Çexiyada paralimpiyaçılar arasında kamandan oxatma üzrə növbəti dünya çempionatı keçirilir. Yarışda ölkəmizi Marina Tselikovskayanın rəhbərliyi altında Zinyət Vəliyeva təmsil edir.
Kamandan oxatma paralimpiya idman növü üzrə bölmə ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir. İdmançılarımız mötəbər beynəlxalq yarışlarda ilk dəfə 2006-cı ilin avqustunda Avropa çempionatında debüt etmişdir. Həmin çempionatda Zinyət Vəliyeva 796 xal nəticə göstərmişdir. Daha sonra 2007-ci ildə Koreyada keçirilmiş dünya çempionatında isə Zinyətin göstərdiyi nəticə 970 xal olmuşdur. Zinyət, paralimpiyaçılar arasında öz respublika rekordunu 174 xal yaxşılaşdırmışdır. Bu nəticə ölkəmizdə kamandan oxatma paralimpiya idman növünün dinamik inkişaf yolu keçdiyini sübut edən amildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]