“Zirə” yeni mövsüm üçün formalarını təqdim edib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Zirə” yeni mövsüm üçün formalarını təqdim edib.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib.
Qeyd edək ki, "Zirə" Konfrans Liqasında "Hayduk"la (Xorvatiya) ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.