“Zirə”nin qış hazırlıq planı müəyyənləşib
Bakı, 16 dekabr, AZƏRTAC
“Zirə” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.
AZƏRTAC “Zirə” klubunun saytına istinadən xəbər verir ki, futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsində “Neftçi” ilə cavab oyunundan sonra istirahətə buraxılan komandanın üzvləri gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcəklər.
Yanvarın 19-dək paytaxtda hazırlığı davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədir. “Qartallar” yanvarın 18-də və ya 19-da yerli klublardan biri ilə oyunda qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.
Yanvarın 21-də Türkiyəyə yollanacaq komandamız hazırlığın ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burada 3 yoxlama matçı keçirəcək.
Qarşılaşmaların keçirilməsi yanvarın 27-də, 30-da və fevralın 2-də nəzərdə tutulub. “Qartallar” fevralın 4-də Bakıya qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]