Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna transfer olub
Bakı, 24 mart, AZƏRTAC
İsveçli futbolçu Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna transfer olub.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, klub ilə 2019-cu ilin sonunadək müqavilə imzalayan 36 yaşlı hücumçu MLS liqasında ildə 1,5 milyon dollar qazanacaq. İbrahimoviç yeni klubunda martın 31-də debüt edəcək.
O, “Mançester Yunayted”in heyətində zədə səbəbindən ötən mövsümün sonlarında meydana çıxa bilməyib. Cari mövsümdə isə yeddi oyun keçirib və bir dəfə fərqlənib.
Xatırladaq ki, Z.İbrahimoviç 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinib. Komandanın heyətində keçirdiyi 53 oyunda 29 qol vurub. Klub ilə birlikdə 2016-cı ildə İngiltərə Super Kubokunun qalibi, 2016-2017-cı il mövsümündə isə Avropa Liqası və İngiltərə çempionatının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]