ZONA MÜSABİQƏSİNİN QALİBLƏRİ
Gənclər, İdman və Turizm Nazirliyi, Könüllü Hərbi-Vətənpərvərlik Texniki İdman Cəmiyyətləri Respublika Şurası, Təhsil Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurasının birgə keçirdikləri uşaq və yeniyetmələrin IV Respublika elmi-texniki yaradıcılıq müsabiqəsinin Masallı şəhərində keçirilən zona mərhələsində Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan və Neftçala rayonlarının uşaq və yeniyetmələri 3 nominasiya üzrə yarışmışlar.
Kosmik raket modeli nominasiyasında Astara məktəblisi Elvin Məmmədov, aviamodel nominasiyasında cəlilabadlı Fəxrəddin Məmmədov, avtomodel nominasiyasında isə Neftçala məktəblisi Bəxtiyar Mövlayev birinci yer tutaraq, aprelin 12-14-də Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]