Zoologiya İnstitutunun əməkdaşları Qəbələdə ekspedisiyada olublar
Bakı, 21 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları - laboratoriya müdiri dosent Barat Əhmədov, aparıcı elmi işçi İlhamə Səfərova və digər elmi işçilər Qəbələ rayonunda arıçılıq təsərrüfatlarında tədqiqat aparıblar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, daha öncədən Qəbələ rayonunun Məmmədağalı kəndində arıçılıq təsərrüfatında aparılan təcrübənin yekun nəticələrini araşdırmaq məqsədilə yetkin bal arılarından, eləcə də baldan nümunələr götürülərək laboratoriyaya gətirilib.
Tədqiqat zamanı arı nümunələrində təcrübə əsnasında tətbiq edilən antioksidantlığa malik təbii qida əlavələrinin daha öncə yeşiklərdə aşkar olunmuş arı xəstəliklərinə qarşı təsiri analiz ediləcək və eyni zamanda, balın antioksidantlığı yoxlanılacaq.
Qeyd edək ki, molekulyar analizlər Türkiyədə laboratoriyada aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]
BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib
- 29.09.2026 [10:53]