Noyabrın 22-də keçirilən hərracda 33 avtomobil satılıb

23.11.2022 [16:35]
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 22-də keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb. Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub ...

On ayda ölkəyə elektriklə işləyən 10,1 mindən çox nəqliyyat vasitəsi gətirilib

23.11.2022 [16:22]
Yanvar-oktyabr aylarında ölkəyə 10 min 138 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 9770-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 368-i isə yalnız elektrik mühərriki ilə ...

“İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23.11.2022 [15:55]
Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2068008682 ISIN-li, 70 milyon manat həcmində, 9360 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı bir investor tərəfindən ...

Ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir

23.11.2022 [15:51]
Hazırda ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova noyabrın 23-də Bakıda keçirilən “Üfüqdə yeni fürsətlər ...

® “Azercell” kampaniyaları “Felis Azərbaycan”da 9 mükafat qazanıb

23.11.2022 [15:46]
Ölkənin lider mobil operatoru “Azercell Telekom” reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən “Felis Azərbaycan” tərəfindən yüksək dəyərləndirilib. İstanbulda təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə edib. Beləliklə, Azərbaycandan qatılan “Azercell” həyata keçirdiyi son üç ...

Oktyabrda dəmir yolu ilə 366,6 milyon dollarlıq yük daşınıb

23.11.2022 [14:41]
Oktyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 750 min 606 ton yük daşınıb ki, bu yüklərin dəyəri 366,6 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 297 min 187 ton yükün dəyəri 139,9 milyon dollar təşkil edib ...

Şamaxı rayonunun 2 kəndinin elektrik şəbəkəsi yenidən qurulub

23.11.2022 [14:02]
Şamaxı rayonunun 2 kəndinin - Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. “Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr kənarda, çətin relyefli ərazidə yerləşir ...

® Arzuladığınız evi “Kapital Bank”la alın

23.11.2022 [13:47]
“Kapital Bank” evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5 faizdən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur ...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23.11.2022 [12:27]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Hökumət buludu”na miqrasiya çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a service) bulud xidməti əldə edib ...

“AccessBank” istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub

23.11.2022 [12:17]
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AccessBank” QSC ümumi dəyəri 5 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı ...

Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi artıb

23.11.2022 [12:11]
Cari ilin yanvar-oktyabr aylarında tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2022-ci ilin II rübü ilə müqayisədə 100,4 faiz olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi yerüstü tikililər üzrə 100,4 faiz ...

“Silk Way West Airlines” donanmasını gücləndirmək üçün “GE Aerospace” mühərriklərini sifariş edib

23.11.2022 [12:05]
“Silk Way West Airlines” yeni sifariş olunmuş uzaq məsafəli “Boeing” təyyarələrini gücləndirmək məqsədilə “GE Aerospace” ilə ümumi sayı on altı olan “GE9X” və “GE90” mühərriklərinin alışı üçün müqavilə imzalayıb. “Silk Way West Airlines”dən AZƏRTAC-a bildirilib ki, dünyanın ən güclü modelləri ...

KOB mərkəzlərinin təlimindən 4 min qadın sahibkar yararlanıb VİDEO

23.11.2022 [11:34]
KOB İnkişaf Mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar iştirak edib. AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın ...

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23.11.2022 [11:12]
Hazırda Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 23-də Bakıda keçirilən ...

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

23.11.2022 [10:39]
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,9 dollar artaraq 91,09 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum ...

Neft qiymətləri ucuzlaşıb

23.11.2022 [10:36]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar azalaraq 88,2 dollar, Nyu-Yorkun NYMEX ...

Beynəlxalq şirkət Qiymətləndiricilər Cəmiyyətinə üzv olub

22.11.2022 [19:33]
Daha bir beynəlxalq qiymətləndirmə şirkəti Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv olub. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, “Baker Tilly Audit Azərbaycan” beynəlxalq şirkətinin AQC-yə qoşulması ilə quruma üzv qiymətləndirmə şirkətlərinin sayı 57 olub ...

Mərkəzi Bankın notları üzrə ödənişlər həyata keçirilib

22.11.2022 [19:07]
Milli Depozit Mərkəzi (MDM) tərəfindən notlar üzrə ödənişlər həyata keçirilib. MDM-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bank üzrə əsas məbləğ 30 milyon AZN təşkil edib ...

Azərbaycan və Serbiya sahibkarları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

22.11.2022 [18:44]
Serbiyaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Serbiyanın Kiçik və Orta Müəssisələr Assosiasiyasının prezidenti Velimir Vukadin ilə görüşüb. KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Serbiya sahibkarları arasında ...