Azərbaycan “Tbilisi İpək Yolu Beynəlxalq Forum”unda təmsil olunacaq

21.10.2019 [17:40]
Oktyabrın 22-də Gürcüstan paytaxtında “Tbilisi İpək Yolu Beynəlxalq Forum”u keçiriləcək. İkigünlük forumda mindən çox nümayəndənin iştirakı nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir ...

Kondisioner idxalı 1,6 dəfə artıb

21.10.2019 [17:38]
Bu ilin yanvar-avqust aylarında Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb. AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövrdə ölkəyə 187,5 min kondisioner idxal edilib. Ölkəyə ...

Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq

21.10.2019 [17:25]
Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti (SC) “Bakı Metropoliteni” QSC üçün daha 60 yeni nəsil vaqonları istehsal edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə müqaviləni şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin direktoru ...

Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub

21.10.2019 [17:18]
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın oktyabrın 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib ...

İlin sonunadək bölgələrdə 2 sənaye zonasının təşkili barədə təkliflər təqdim ediləcək

21.10.2019 [17:17]
Hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minədək iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması ...

“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub

21.10.2019 [17:13]
Elektrik enerjisinin istehsalı, ötürülməsi və idarə edilməsini təmin edən “Azərenerji” ASC, elektrik enerjisinin paylanmasını həyata keçirən “Azərişıq” ASC ilə birgə 20 oktyabr - Energetiklər Günü münasibətilə “Azərbaycan elektroenergetikası” adlı film hazırlayıb və eyni adlı kitab nəşr ...

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21.10.2019 [17:11]
Oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 20 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti ...

Kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz artıb

21.10.2019 [16:55]
Bu ilin 9 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 183,3 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə elektrik ...

Doqquz ayda kiçik və orta həcmli layihələrə 24 milyon manat güzəştli kredit verilib

21.10.2019 [16:45]
Bu ilin 9 ayında Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib ...

Biləcəri qəsəbəsinin bəzi küçələrinin təbii qaz təchizatı dayandırılıb

21.10.2019 [16:43]
Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb. Hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y.Hüseynov və Natəvan küçələrində müşahidə olunur ...

Azərbaycandan ixrac olunan məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb

21.10.2019 [16:19]
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan ixrac olunan məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə göndərilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən məhsulların 3,6 faizi dəmir yolu, 1,4 faizi hava, 0,8 faizi isə ...

Azərbaycan Gürcüstanın ixracda ikinci əsas tərəfdaşıdır

21.10.2019 [16:03]
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 0,5 faiz artaraq 9 milyard 193,7 milyon dollar təşkil edib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilir ...

“Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

21.10.2019 [15:41]
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Yunəyrici-Boyaq Fabrikinin inzibati binasında “Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Yunəyrici-Boyaq Fabrikinin, regional ...

Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib

21.10.2019 [15:40]
Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev ...

Yanvar-sentyabr aylarında nəqliyyat vasitələri ilə 1,4 milyarddan çox sərnişin daşınıb

21.10.2019 [14:48]
2019-cu ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 milyard 487,4 milyon nəfərə və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sərnişinə xidmət göstərib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 88,3 faizi avtomobil nəqliyyatı ...

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır

21.10.2019 [14:05]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Türkiyə təcrübəsindən yararlanır. Komitədən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma nazirinin ...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə 5 binada keçiriləcək

21.10.2019 [13:57]
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası oktyabrın 21-dən 25-dək paytaxt üzrə istismarına icazə verilmiş 5 binada ümumilikdə 764 mənzili əhatə edəcək. Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ...

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

21.10.2019 [13:52]
Cari ilin yanvar-sentyabr aylarında dəniz limanlarında 6 milyon 74,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 5 milyon 564,2 min tonunu və ya 91,6 faizini ...

Alüminium və ondan hazırlanan məmulatların ixracının həcmi artıb

21.10.2019 [13:50]
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 48 min 898 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların ...