Müdafiə Nazirliyi: Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır VİDEO

31.08.2017 [15:06]
Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ...

Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqının üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır

31.08.2017 [15:01]
Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır. Eyni zamanda, Vişeqrad Qrupu bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri ...

Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb VİDEO

31.08.2017 [14:12]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ...

Global Fire Power: Azərbaycan ordusu hərbi potensialına görə dünyada 58-cidir

31.08.2017 [13:29]
“Global Fire Power” mərkəzi ümumilikdə 50 göstərici əsasında dünyanın ən güclü ordularının reytinqini açıqlayıb. AZƏRTAC mərkəzin saytına istinadla xəbər verir ki, ümumilikdə 133 ölkənin yer aldığı siyahıda Azərbaycan ordusu hərbi qüdrətinə görə 58-ci sıradadır ...

Minskdə MDB-yə üzv ölkələrin ekspert qrupunun iclası keçirilib

31.08.2017 [13:23]
Minskdə MDB-yə üzv ölkələrin ekspert qrupunun növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Silahlı Qüvvələrin Saziş layihəsi müzakirə olunub. Böyük Vətən müharibəsi əlillərinə, digər dövlətlərin ərazilərində hərbi əməliyyatların ...

Ermənistan ordusunda zabitlərin özbaşınalığı və “dedovşina” əsgərlərin valideynlərinin qorxulu kabusuna çevrilib

31.08.2017 [12:50]
Ermənistan ordusunda zabitlərin özbaşınalığı və “dedovşina” bu ölkədə əsgərlərin valideynlərinin qorxulu kabusuna çevrilib. AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, övladlarını hərbi xidmətə yola salan valideynlər hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə ...

Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri özlərindən çıxarıb

31.08.2017 [12:47]
Londonun səs-küylü küçələrinin birində musiqiçinin cəld barmaqlarının toxunuşu, virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi. Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlı rayonunun işğalı günündə ...

Azərbaycanın və Almaniyanın Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

31.08.2017 [12:36]
Avqustun 30-da Berlində Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində ...

XİN: Kanada deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır VİDEO

31.08.2017 [12:24]
Kanada parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin ...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub VİDEO

31.08.2017 [09:17]
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının ...

Qubadlının işğalından 24 il keçir

31.08.2017 [08:00]
Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 24 il keçir. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular ...

Milli Məclisin parlamentlərarası dostluq qrupunun üzvləri Kanada qanunverici orqanına müraciət ediblər

30.08.2017 [21:17]
Bəzi erməni kütləvi informasiya vasitələrində Kanada parlamentinin üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Ermənistanda səfərdə olması və Dağlıq Qarabağa gedəcəkləri ilə bağlı məlumat yayılıb. AZƏRTAC xəbər verir ki, Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası ...

Bakıda Avronest Parlament Assambleyası çərçivəsində konfrans keçiriləcək

30.08.2017 [20:48]
Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin təşəbbüsü ilə Avronest PA çərçivəsində sentyabrın 22-də Bakıda “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin ...

Səmərqənddə keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak ediblər

30.08.2017 [20:25]
Qədim Səmərqənd şəhərində “Dünya sivilizasiyası tarixində Mərkəzi Asiya Renessansı” adlı beynəlxalq elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 28 ölkəsindən və nüfuzlu beynəlxalq təşkilatlardan 100-dən artıq nümayəndə iştirak edib ...

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edilib

30.08.2017 [18:15]
Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə qəbul təşkil edilib. AZƏRTAC xəbər verir ki, qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb ...

Nazir Kayrat Abdraxmanov: Qazaxıstan-Azərbaycan əlaqələri tarixi dostluğa, qarşılıqlı hörmət və inama əsaslanır

30.08.2017 [18:11]
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstan Respublikasının xarici işlər naziri Kayrat Abdraxmanov arasında ölkələrimizin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin ...

Ukrayna qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır

30.08.2017 [17:49]
Avqustun 30-da Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub ...

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibinə müraciət ünvanlayıb

30.08.2017 [17:32]
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə etiraz əlaməti olaraq BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb ...

Azərbaycan Prezidenti Malayziyanın XV Ali Başçısını milli bayram münasibətilə təbrik edib

30.08.2017 [17:15]
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ...