Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru müəyyənləşib
AzerTAg.az
01.08.2022 [18:17]
Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru olub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, əldə ...
“Qarabağ” ilə oyun öncəsi “Ferentsvaroş” klubu ciddi itki ilə üzləşib
AzerTAg.az
01.08.2022 [16:58]
Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri ...
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” ilə uzunmüddətli müqavilə imzalayıb
AzerTAg.az
01.08.2022 [16:00]
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” komandası ilə uzunmüddətli müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildə Formula 1-ə qayıdan ispaniyalı pilot hazırda “Alpine” komandasında çıxış edir. Onun Fransa təmsilçisi ilə müqaviləni yeniləyəcəyi gözlənilirdi ...
Yeni mövsümün startı ərəfəsində futbol hakimləri ilə görüş olub
AzerTAg.az
01.08.2022 [15:44]
Avqustun 1-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Premyer Liqa və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Hakimlər Komitəsinin ...
Azərbaycan millisinin rəqibi V İslam Həmrəyliyi Oyunları üçün yekun heyətini açıqlayıb
AzerTAg.az
01.08.2022 [15:43]
Kişi həndbolçulardan ibarət Türkiyə millisinin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün yekun heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin heyətində qapıçılar – Enis Yatkın (“Beşiktaş Yurtbay Seramik”), Hüseyin Bərəkət ...
“Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb
AzerTAg.az
01.08.2022 [14:18]
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə çempionu Martin Guimaraes Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstanın “Atirau” klubu olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir ...
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub
AzerTAg.az
01.08.2022 [13:36]
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 18-dən Mariborda hazırlıq keçən Eldar Yusubovun rəhbərlik etdiyi komanda ...
Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Səudiyyə Ərəbistanı yığmasını məğlub edib
AzerTAg.az
01.08.2022 [12:43]
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb ...
Azərbaycanın U-19 komandası yoldaşlıq oyununda belaruslu həmyaşıdlarına qalib gəlib
AzerTAg.az
01.08.2022 [12:35]
Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb ...
Azərbaycan velosipedçisi Elçin Əsədov Yahyalı Qran-Prisində dördüncü olub
AzerTAg.az
01.08.2022 [12:28]
Türkiyənin “Sakarya BB Pro Team” klubunun heyətində çıxış edən Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının kapitanı Elçin Əsədov qardaş ölkədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı Qran-Prisində iştirak edib ...
Bakı Şəhər Halqasının könüllüləri Formula 1 Fransa Qran-Prisini canlı izləyiblər
AzerTAg.az
01.08.2022 [11:44]
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibi olan könüllülər Fransaya səfər ediblər.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Halqası Akademiyası (“BCC Academy”) tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş, həmçinin 2022-ci il ...
“Gənclər” komandası 23-cü ölkə kuboku yarışının qalibi olub
AzerTAg.az
01.08.2022 [11:22]
“ASCO Arena”da həvəskar futbol komandaları arasında 23-cü ölkə kuboku yarışının final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr olunmuş kubok yarışının final oyununda “City Baku” və “Gənclər” komandaları qarşılaşıblar ...
FIDE: Şahmatçılarımız dünya reytinqində irəliləyiblər
AzerTAg.az
01.08.2022 [10:58]
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2758 xal) 2, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyiblər. Ş.Məmmədyarov hazırda dünya reytinqində 10-cu, T.Rəcəbov 15-ci yeri tuturlar ...
Ümumdünya Şahmat Olimpiadası: Yığmalarımız Türkiyə və İsrail komandaları ilə qarşılaşacaqlar
AzerTAg.az
01.08.2022 [10:50]
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 4-cü turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli) Türkiyə, qadın yığmamız ...
Sərbəst güləş üzrə millimiz İtaliyada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb
AzerTAg.az
01.08.2022 [10:28]
Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ...
MOK-un baş katibi Azər Əliyev “EYOF-2022”də uğur qazanan idmançılarımızı mükafatlandırıb
AzerTAg.az
01.08.2022 [10:14]
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) sonuncu günündə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katib Azər Əliyev idmançılarımız ilə görüşüb.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq ...
"PSJ" 11-ci dəfə Fransa Superkubokunu qazanıb
AzerTAg.az
01.08.2022 [01:34]
"Paris Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, görüş Təl-Əvivdə yerləşən "Blumfild" stadionunda keçirilib ...
Qadın futbolçulardan ibarət İngiltərə millisi ilk dəfə Avropa çempionu olub
AzerTAg.az
31.07.2022 [23:15]
Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu olub.
AZƏRTAC xəbər verir ki, İngiltərənin ev sahibliyi etdiyi çempionatın finalında yerli komanda ilə Almaniya milisi üz-üzə gəlib ...
MULTİMEDİA
10.08.2022 [13:44]
10.08.2022 [13:05]
22.07.2022