Futbol üzrə dünya çempionatı: Niderland yığması Seneqal komandasını məğlub edib

21.11.2022 [22:14]
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib. AZƏRTAC xəbər verir ki, A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gəlib. “Al-Tumama” stadionunda keçirilən görüş Niderland yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb ...

Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb

21.11.2022 [19:45]
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü beynəlxalq yarışa təyinat alıb. Bu barədə AZƏRTAC-a ACF-dən məlumat verilib. Məlumatda bildirilib ki, Olimpiya dərəcəli hakim Fariz Hüseynov noyabrın ...

İngiltərə millisi dünya çempionatına böyük hesablı qələbə ilə başlayıb

21.11.2022 [19:32]
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib. AZƏRTAC xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub. Dohadakı "Xəlifə" stadionunda keçirilən görüş İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb ...

Dünya çempionatının açılış matçını stadiondan 67 min 372 tamaşaçı izləyib

21.11.2022 [18:08]
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış matçını - Qətər - Ekvador oyununu stadiondan 67 min 372 tamaşaçı izləyib. AZƏRTAC xəbər verir ki, bu, rəsmi protokollarda qeydə alınan və stadionda diktor tərəfindən açıqlanan azarkeşlərin sayıdır ...

Gimnastlarımız dünya çempionatında güclərini sınayıblar

21.11.2022 [17:57]
Bolqarıstanın Sofiya şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 36-cı dünya çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvü, batutçumuz Selcan Mahsudova və tambliqçimiz Mixail Malkin təmsil ediblər ...

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycan nümayəndəsinə təqdim edilib

21.11.2022 [17:20]
Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Tədbirin sonunda mundialın keçici bayrağı növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib ...

Qadın idman gimnastlarımız “Vera Caslavska Qran-Pri” beynəlxalq turnirində iştirak ediblər

21.11.2022 [16:00]
Çex Respublikasının Brno şəhərində qadın idman gimnastikası üzrə “Vera Caslavska Qran-Pri” beynəlxalq turniri keçirilib. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Nazənin Teymurova ...

Millimiz yoxlama oyununda qalib gəlib

21.11.2022 [14:07]
Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. AZƏRTAC xəbər verir ki, "Səbail-2" komandası ilə oyun 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb ...

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

21.11.2022 [13:40]
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “AHF Arena”da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə ...

Qılıncoynadanımız Bolqarıstanda keçirilən turnirində qızıl medal qazanıb

21.11.2022 [13:36]
Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb. Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat ...

Azərbaycan avarçəkəni Türkiyədə marafonda qızıl medal qazanıb

21.11.2022 [13:06]
Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb. AZƏRTAC Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadla xəbər verir ki, idmançımız akademik avarçəkmə ...

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi start götürür

21.11.2022 [12:10]
Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını ...

Azərbaycan şahmatçısı Eltac Səfərli beynəlxalq turnirin qalibi olub

21.11.2022 [11:42]
Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub. Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrosmeysterimiz sonuncu turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib ...

Şahmat üzrə millimiz dünya çempionatına qələbə ilə başlayıb

21.11.2022 [11:39]
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması İsraildə təşkil olunan komandalararası dünya çempionatında uğurlu start götürüb. AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə qruplarda iki tur oynanılıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan ...

“Qətər-2022”: Bu gün daha 3 oyun keçiriləcək

21.11.2022 [11:18]
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. AZƏRTAC xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında oynanılacaq. Dohadakı "Xəlifə" stadionunda keçiriləcək görüş ...

Azərbaycan karateçiləri mövsümün sonuncu Seriya A turnirində iki medal qazanıblar

21.11.2022 [05:46]
Azərbaycan milli komandası İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində iki bürünc medal qazanıb. AZƏRTAC xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Mədinə Sadiqova (55 kq) nüfuzlu yarışı üçüncü yerdə başa vurublar. Digər ...

Türk boksçu Bakıda UBO dünya kəmərinə sahib olub

21.11.2022 [03:27]
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Karapapak Fight club & Promotion”, “MCM Fight Promotion” və “TGA Promotion & Management”in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində dünya kəməri uğrunda ...

Azərbaycan Basketbol Liqasının altıncı turuna “AAAF Xırdalan” – “Olimpik Şəki” oyunu ilə yekun vurulub

21.11.2022 [01:29]
Azərbaycan Basketbol Liqasının (ABL) altıncı turuna "Sərhədçi" İdman Mərkəzində keçirilən “AAAF Xırdalan” – “Olimpik Şəki” oyunu ilə yekun vurulub. AZƏRTAC xəbər verir ki, oyunun ilk hissəsindən üstünlüyü ələ alan Xırdalan basketbolçuları sonda 93:71 hesablı ...

Azərbaycanın U-21 komandası isveçli həmyaşıdları ilə qarşılaşıb

20.11.2022 [23:41]
Antalyada təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində İsveç yığması ilə qarşılaşıb. AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, oyun 8:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb ...