“Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə müqaviləni yeniləyib

27.09.2022 [18:39]
Formula 1 komandası “Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə bağlı qərar verib. AZƏRTAC yarışın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı sürücü ilə müqavilənin müddəti artırılıb. Çjou ilə yeni sözləşmə 2023-cü ilin sonunadək nəzərdə tutulub ...

Cüdo məşqçiləri üçün "Stresin idarə olunması" mövzusunda təlim keçirilib

27.09.2022 [18:28]
Azərbaycan Cüdo Federasiyası (ACF) milli komandaların məşqçiləri üçün "Stresin idarə olunması" mövzusunda təlim təşkil edilib. AZƏRTAC xəbər verir ki, təlim peşəkar psixoloqlar Orxan Oruc və Zümrüd Əkbərova ...

“Qarabağ”ın rəqibi “Olimpiakos” komandası heyətini yeni müdafiəçi ilə gücləndirəcək

27.09.2022 [18:04]
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” komandası heyətini yeni müdafiəçi ilə gücləndirəcək. AZƏRTAC xəbər verir ki, Pirey təmsilçisi hazırda 3 arxa xətt oyunçusunun transferini nəzərdən keçirir ...

Macarıstan yığmasının hücumçusu Adam Salai millidəki karyerasını başa vurub

27.09.2022 [17:21]
“Bazel”in hücumçusu Adam Salai Macarıstan millisindəki karyerasını başa vurub. AZƏRTAC xəbər verir ki, o, yığmada keçirdiyi son oyunundan sonra fikirlərini bildirib: “Hələ də inana bilmirəm ki, bu, milli komandadakı son oyunumdur. Bütün diqqətimi 90 dəqiqəyə yönəltməyə çalışdım. Yaxşı nəticə qazanmaq ...

“İnter”in sabiq hücumçusu Rodriqo Palasio özünü yeni idman növündə sınayıb

27.09.2022 [17:06]
“İnter” futbol klubunun sabiq hücumçusu Rodriqo Palasio özünü yeni idman növündə sınayıb. AZƏRTAC xəbər verir ki, 40 yaşlı oyunçu İtaliya D Seriyasında çıxış edən “Gargnano” basketbol komandası ilə müqavilə imzalayıb. O, yeni klubunda artıq debüt də edib ...

Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

27.09.2022 [15:31]
Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb. AZƏRTAC xəbər verir ki, Qaret Sautqeytin baş məşqçi olduğu komanda 6 rəsmi oyunda qələbə qazana bilməyib. Yığma UEFA Millətlər Liqasında keçirdiyi 3 matçda heç-heçə edib ...

® Fərid Xəlilov: Məqsədimiz Azərbaycanda voleybolun inkişafına töhfə verməkdir

27.09.2022 [15:26]
Cəmiyyətdə hər zaman öz peşəsinin sevən insanlara ehtiyac duyulur. Məqsədimiz Azərbaycanda voleybolun inkişafına töhfə verməkdir. Bu sözləri Azərbaycan Voleybol Federasiyasının baş katib Fərid Xəlilov deyib ...

Super Liqa təmsilçisi hücumçusu ilə yollarını ayırıb

27.09.2022 [13:37]
Türkiyənin “Hatayspor” klubu hücumçusu Məhəmməd Kamara ilə yollarını ayırıb. AZƏRTAC xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İyirmi dörd yaşlı futbolçu ...

Niderland millisinin sabiq kapitanı Fillip Koku “Vitess” klubuna baş məşqçi təyin olunub

27.09.2022 [13:08]
Futbol üzrə Niderland millisinin sabiq kapitanı Fillip Kokunun yeni iş yeri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, o, “Vitess” klubuna baş məşqçisi təyin olunub. Bu barədə Niderland klubunun saytı məlumat yayıb. Mütəxəssislə ...

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək

27.09.2022 [13:01]
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək. AZƏRTAC xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 18:00-da Bolqarıstanın ...

“Qarabağ”ın futbolçuları Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar

27.09.2022 [12:35]
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar. AZƏRTAC xəbər verir ki, onlar UEFA Millətlər Liqasının B Liqasının 3-cü qrupunun 6-cı turunda evdə Finlandiyaya 0:2 hesabı ilə ...

Təxirə salınmış Azərbaycan birinciliyinin yeni tarixi açıqlanıb

27.09.2022 [11:24]
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin çox sayda hərbi qulluqçusu şəhid olmuş, bu səbəbdən ayın 15-16-da keçirilməsi nəzərdə tutulan ...

Azərbaycanın U-21 komandası bu gün moldovalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək

27.09.2022 [11:10]
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq oyunu çərçivəsində moldovalı həmyaşıdları ilə qarşılaşacaq. AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da təşkil olunacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq ...

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri müəyyənləşib

27.09.2022 [10:54]
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Sentyabrın 27-də start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri müəyyənləşib ...

Gənclər və idman naziri nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

27.09.2022 [04:08]
Gənclər və idman naziri Fərid Qayıbov qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb. AZƏRTAC Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda ...

Azərbaycan millisinin kapitanı Maksim Medvedev “İdman ustası” fəxri adına layiq görülüb

27.09.2022 [01:05]
Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Maksim Medvedev “İdman ustası” fəxri adına layiq görülüb. Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib ...

“Badminton uşaq bağçası” layihəsinin təqdimat mərasimi keçirilib

26.09.2022 [21:39]
Sentyabrın 26-da Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) birgə əməkdaşlığı çərçivəsində Bakı Fransız Liseyində “Badminton Uşaq Bağçası” layihəsinin təqdimat mərasimi keçirilib ...

Amerikalı məşqçilər gənc güləşçilərimizlə öz təcrübələrini bölüşəcəklər

26.09.2022 [19:59]
ABŞ-ın Azərbaycandakı səfirliyi amerikalı güləş üzrə elçilər Con Smit və Salli Robertsin ölkəmizə səfərini təşkil edib. AZƏRTAC xəbər verir ki, bu səfər Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birlikdə ABŞ Dövlət Departamentinin ...