ABŞ-ın tanınmış mütəxəssisləri güləşçilərimizə ustad dərsləri keçiblər

28.09.2022 [22:27]
ABŞ-ın iki tanınmış güləş mütəxəssisi ölkəmizdə güləşçilərə ustad dərsləri keçiblər. AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə ikiqat olimpiya, dördqat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının ikiqat bürünc medalçısı ...

İki boksçumuz Avropa birinciliyində dörddəbir finala vəsiqə qazanıb

28.09.2022 [22:04]
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb ...

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

28.09.2022 [20:42]
Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb. Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, baş məşqçi ...

Gənclər və İdman Nazirliyi Avropa İdman Həftəsi çərçivəsində idman tədbiri təşkil edib

28.09.2022 [19:04]
Sentyabrın 28-də Gənclər və İdman Nazirliyi Avropa İdman Həftəsi çərçivəsində idman tədbiri təşkil edib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən və iki saat davam edən tədbir zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası xüsusi ayrılmış ərazidə təmsil olunub ...

Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzalayıb

28.09.2022 [18:27]
Tanınmış cüdoçu, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək. İdmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli ...

Avropa şahmat klub kuboku uğrunda çempionatda Azərbaycanı təmsil edəcək komandalar müəyyənləşib

28.09.2022 [18:05]
Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə oktyabrın 2-9-da Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku uğrunda çempionat keçiriləcək. AZƏRTAC Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, mötəbər yarışda ölkəmiz iki klubla təmsil olunacaq. 37-ci dəfə təşkil ediləcək kişilərin ...

Naxçıvanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında ölkəmizi beş komanda təmsil edəcək

28.09.2022 [17:45]
Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək. AZƏRTAC xəbər verir ki, bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yarışda ölkəmiz 5 komanda ilə təmsil olunacaq ...

Basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq

28.09.2022 [14:39]
Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq. AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq ...

Kiber idman üzrə “Zəfər yolu” turniri çərçivəsində silsilə yarışlar təşkil olunacaq

28.09.2022 [14:24]
Azərbaycanda kiber idman üzrə yarışlar təşkil edən Gaming League Azerbaijan (GLA), Azərbaycan Kiber İdman Federasiyası və “TOPaz”ın dəstəyi ilə yeni turnirə start verib. GLA “Zəfər yolu” adlı turnirdə silsilə yarışlara təşkilatçılıq edir ...

IV Dünya Köçəri Oyunlarında iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Türkiyəyə yola düşüb

28.09.2022 [13:14]
IV Dünya Köçəri Oyunlarında iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Türkiyənin Bursa vilayətinin İznik bölgəsinə yola düşüb. AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, təmsilçilərimiz mötəbər yarışda milli idmanın 12 növündə alış güləşi ...

Gənclər və idman naziri ölkəmizdə səfərdə olan ABŞ-ın idman mütəxəssisləri ilə görüşüb

28.09.2022 [12:49]
Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan ABŞ-ın idman mütəxəssisləri Con Smit və Sali Robertslə görüşüb. AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, görüş zamanı nazir qonaqları salamlayıb ...

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb

28.09.2022 [12:04]
sveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb. AZƏRTAC xəbər verir ki, futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununda müvəffəq olub. Matçın 61-ci dəqiqəsində penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb ...

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilə müqavilə yenilənib

28.09.2022 [10:46]
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilə müqavilə yenilənib. AZƏRTAC xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. ...

Azərbaycanın U-16 komandası yoldaşlıq oyununda türk həmyaşıdlarına məğlub olub

27.09.2022 [22:37]
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib. AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb ...

Millimiz Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub

27.09.2022 [22:00]
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub. AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin sonuncu oyununda lüksemburqlu həmyaşıdları ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub ...

Azərbaycan - Moldova matçında hesab açılmayıb

27.09.2022 [21:31]
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. AZƏRTAC xəbər verir ki, millimiz "Dalğa Arena"da moldovalı həmyaşıdları ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb ...

“Qarabağ” klubu “Sabah”ın futbolçusu ilə maraqlanır

27.09.2022 [19:02]
Bakının “Sabah” klubunun yaxınlarda “Şaxtyor”dan ikinci dəfə icarəyə götürdüyü Aleksey Kaşuk Ağdamın “Qarabağ” komandasının transfer siyahısına düşüb. AZƏRTAC xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ukraynalı yarımmüdafiəçi ilə yaxından maraqlanır ...

“Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə müqaviləni yeniləyib

27.09.2022 [18:39]
Formula 1 komandası “Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə bağlı qərar verib. AZƏRTAC yarışın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı sürücü ilə müqavilənin müddəti artırılıb. Çjou ilə yeni sözləşmə 2023-cü ilin sonunadək nəzərdə tutulub ...