RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ GÜLƏŞ TURNİRİ KEÇİRİLMİŞDİR

27.05.2004 [12:47]
AzərTAc-ın müxbiri xəbər verir ki, uşaq və gənclər idman məktəbləri şagirdlərinin Bərdədə Respublika gününə həsr olunmuş sərbəst güləş üzrə turniri keçirilmişdir. Turnirdə Ağdam, Bərdə, Tərtər rayonlarının və Gəncə şəhərinin ...

TAEKVONDOÇULARIMIZIN UĞURU YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR

27.05.2004 [11:55]
Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov Norveçin Lillihammer şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçiləri ilə görüşmüş, dünyanın 40 ...

MOSKVA OLİMPİADASI 2 MİLYARD DOLLARA BAŞA GƏLƏCƏKDİR

27.05.2004 [11:24]
AzərTAc xəbər verir ki, 2012-ci il Olimpiadasının Moskvada keçirilməsi üçün 2 milyard ABŞ dolları lazımdır. Bunu mətbuat konfransında jurnalistlərə Moskva şəhərinin vitse-meri Valeri Şantsev bildirmişdir.
Onun sözlərinə görə, Oyunlara ...

BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİ OLİMPİADANI RADİASİYADAN QORUYACAQ

27.05.2004 [11:05]
AzərTAc xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Afina Olimpiadasının radiasiya müdafiəsinin təmin edilməsi üçün kompleks tədbirlər hazırlamışdır. Bunu BAEA-nın nüvə təhlükəsizliyi departamentinin rəhbəri Anita Nilsson bildirmişdir.
...

AZƏRBAYCAN GİMNASTLARI RUSİYA BİRİNCİLİYİNDƏ MÜSABİQƏDƏNKƏNAR İŞTİRAK ETMİŞLƏR

25.05.2004 [23:23]
Azərbaycan gimnastları Dinara Gimatova və Anna Qurbanova Rusiyanın bədii gimnastika cempionatında müsabiqədənkənar proqramda çıxış etmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, onlar 33 gimnast arasında müvafiq ...

UKRAYNA HÖKUMƏTİNİN SƏDRİ KLİÇKO QARDAŞLARINI MÜKAFATLANDIRDI

25.05.2004 [23:06]
AzərTAc-ın Kiyevdən aldığı xəbərdə deyilir ki, artıq neçə ildir Almaniyada yaşayan məşhur ukraynalı peşəkar boksçular Vitali və Vladimir Kliçko qardaşları Ukrayna Nazirlər Kabinetinin Fəxri fərmanına və xatirə nişanına layiq ...

YENİYETMƏLƏRİN RESPUBLİKA OYUNLARI BAŞA ÇATMIŞDIR

24.05.2004 [19:17]
Mayın 11-də start götürmüş Yeniyetmələrin 4-cü Respublika oyunlarının final yarışları keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, idmanın 16 növü üzrə yarışlarda 4 mindən ...

AKROBATLAR GƏNC İDMANÇILARIN UĞURUNU TƏKRAR EDƏ BİLMƏDİLƏR

24.05.2004 [18:46]
Fransanın Lyeven şəhərində 21 ölkənin 150-dək idmançısının iştirakı ilə keçirilən akrobatika üzrə dünya çempionatı başa çatmışdır. Birincilikdə Azərbaycanı Elşən Seyfullayev, Nemət Ağayev, Elnur Məmmədov və Rəşad Sadıxovdan ibarət kişi ...

YENİ STADİON TİKİLİR

24.05.2004 [18:33]
Ağstafa şəhərində min yerlik yeni stadionun tikintisinə başlanmışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, stadionun inşasını 73 nömrəli mexanikləşdirilmiş səyyar dəstənin kollektivi aparır. Müasir tələblərə cavab verəcək ...

CƏNUBİ KOREYA ALPİNİSTİ EVERESTİ FƏTH ETDİ

24.05.2004 [18:27]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Cənubi koreyalı alpinist qadın öz ölkəsində dünyanın ən yüksək dağ zirvəsi olan Everesti (Comolunqmanı) təkbaşına fəth etmiş ilk qadındır. 1993-cü ildə Koreya ...

MƏRKƏZİ RAYON STADİONU ƏSASLI TƏMİR EDİLİR

24.05.2004 [14:52]
Kürdəmirin mərkəzi rayon stadionu yenidən qurulur. Burada görülən əsaslı təmir və bərpa işləri kütləvi idman tədbirlərinin keçirilməsi üçün geniş imkan yaradacaqdır.
Rayon icra hakimiyyətində AzərTAc-ın müxbirinə bildirmişlər ki, ...

YENİ STADİON TİKİLİR

23.05.2004 [17:09]
Ağstafa şəhərində min yerlik yeni stadionun tikintisinə başlanmışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, stadionun inşasını 73 nömrəli səyyar mexanikləşdirilmiş dəstənin kollektivi aparır. Müasir tələblərə cavab verəcək ...

RUSİYA FEDERAL TƏHLÜKƏSİZLİK XİDMƏTİ OLİMPİADADA QAYDA-QANUN YARADILMASINDA YUNANLARA KÖMƏK EDƏCƏK

22.05.2004 [19:39]
AzərTAc “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Afinada keçiriləcək 2004-cü ilin yay Olimpiya oyunlarında təhlükəsizliyin təmin olunmasında Yunanıstanın xüsusi xidmət idarələrinə əməli kömək göstərəcəkdir. Bunu ...

FİFA ÜMUMDÜNYA ANTİDOPİNQ MƏCƏLLƏSİNƏ QOŞULMUŞDUR

22.05.2004 [18:56]
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Ümumdünya Antidopinq Məcəlləsinə qoşulmuşdur. Parisdə keçirilən mərasimdə sənədi FİFA prezidenti Yozef Blatter və Ümumdünya Antidopinq Agentliyinin rəhbəri Dik Paund imzalamışlar. AzərTAc FİFA-nın rəsmi saytına ...

SANKT-PETERBURQDAN BÜRÜNC MEDALLA QAYITMIŞDIR

22.05.2004 [12:57]
Qəbələ idmançısı Elnur Əmiraslanov Sankt-Peterburq şəhərində keçirilmiş universal karate növü üzrə MDB-nin açıq çempionatında iştirak etmiş və bürünc medalın sahibi olmuşdur.
Rayon Gənclər, İdman və Turizm İdarəsindən AzərTAc-ın ...

RESPUBLİKA DAMA ÇEMPİONATINDA LİDERLƏR MƏLUMDUR

21.05.2004 [20:02]
Respublika şahmat məktəbində kişilər arasında 100 xanalı dama üzrə ölkə çempionatının 4 turunun nəticələrinə görə liderlər müəyyənləşmişlər. Məktəbdən AzərTAc-ın müxbirinə bildirmişlər ki, 3,5 xal toplayan İlqar İbrahimov birinci yerdə ...

BAKI KOMANDALARI YENİYETMƏLƏRİN RESPUBLİKA OYUNLARINDA İRƏLİDƏ GEDİRLƏR

20.05.2004 [23:11]
Yeniyetmələrin 4-cü Respublika oyunlarının final yarışlarında həndbol, üzgüçülük və sambo turnirlərinin qalibləri müəyyənləşmişdir.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, 18 həndbol komandası arasında Bakı ...

QAZAXISTAN İDMANÇILARI AFİNA OLİMPİADASINA 103 LİSENZİYA QAZANMIŞLAR

20.05.2004 [22:03]
AzərTAc-ın Astanadan aldığı xəbərdə deyilir ki, Qazaxıstan Respublikasının idmançıları avqustda Yunanıstan paytaxtında keçiriləcək yay Olimpiya oyunlarında iştirak etmək üçün 103 lisenziya qazanmışlar.
Ölkənin Turizm və İdman Agentliyinin yaydığı məlumata ...

QILINCOYNADANLARIMIZ BEYNƏLXALQ YARIŞLARDA İŞTİRAK EDƏCƏKLƏR

20.05.2004 [18:23]
Mayın 21-də Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa kubokunun klub yarışları keçiriləcək, habelə Dünya kubokunun növbəti şəxsi mərhələsi, iki gün sonra isə bu turnirin komanda yarışları başlayacaqdır.
Gənclər, ...