CƏMİYYƏT
Ümummilli Lider Azərbaycanı dünyaya tanıtdırıb və ölkəmizin bugünkü inkişafının əsasını qoyub VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırıb və ölkəmizin bugünkü inkişafının əsasını qoyub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn “Mr.Fix” brendi ilə tanınan “Kartaş Ltd.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) idarə heyətinin sədri Cəlil Rzayev deyib.
“Ümummilli lider Heydər Əliyevi Azərbaycanda, ümumiyyətlə dünyada tanımayan bir şəxs yoxdur. Çünki, O böyük şəxsiyyət, siyasi rəhbər idi. Azərbaycanın müstəqil bir dövlət olmasında Ümummilli Liderin əvəzsiz xidmətləri var. Ulu öndər Heydər Əliyev çox böyük səy göstərməsi nəticəsində Azərbaycanı oddan-alovdan qurtardı. Dahi şəxsiyyət Azərbaycanda vətəndaş müharibəsinə son qoydu, Ulu Öndərin gərgin səyləri nəticəsində atəşkəs sazişi imzalandı”,- deyə Cəlil Rzayev bildirib.
O deyib: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün Ulu Öndər kimi Azərbaycanın inkişafı üçün əlindən gələni edir. Bütün xalq da dövlətimizin başçısını dəstəkləyir, Ulu Öndərə isə rəhmət oxuyur. Çünki xalqımız yaxşı bilir ki, Ümummilli Lider Azərbaycanı dünyaya tanıtdırıb və ölkəmizin bugünkü inkişafının əsasını qoyub. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakının, eləcə də, digər şəhər və rayonlarımızın gözəlləşməsi və çiçəklənməsi məhz Ümummilli Liderin səyləri nəticəsində reallaşıb. Ona görə də Azərbaycan xalqı Ulu Öndərə rəhmət diləyir, ruhu şad olsun deyir”.