Təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunmuş şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.