Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı aparılan müzakirələrlə bağlı əhaliyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə bildirilir: “Aprelin 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır. Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, belə məlumatların yayılması qəti surətdə yolverilməzdir”.