Ataqarayev Dyusenbay: Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilir VİDEO
Tovuz, 11 aprel, Famil Quliyev, AZƏRTAC
Prezident seçkilərində Tovuzda səsvermə prosesini izləyən beynəlxalq müşahidəçi seçki məntəqələrində qanun pozuntuları ilə rastlaşmadığını, prosesin demokratik, qanunvericiliyə uyğun keçirildiyini bildirib.
Səhər saatlarından başlayaraq 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrini əhatə edən seçki məntəqələrində səsvermə prosesini izləyən MDB-nin Müşahidə Missiyasının nümayəndəsi Ataqarayev Dyusenbay AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində səsvermənin tam şəffaf və demokratik keçdiyini, günorta saatlarınadək hər hansı qanun pozuntusuna rast gəlmədiyini deyib.