147 nömrəli məktəbdə Xocalı faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Bakının 147 nömrəli texniki-humanitar liseyində Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Məktəbin direktoru, Əməkdar Müəllim Həlimə Mehdiyeva 20 il bundan əvvəl Xocalının işğalı zamanı törədilmiş faciədən, ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı yeritdikləri soyqırımı siyasətindən danışmışdır. Bildirilmişdir ki, faciə zamanı qətlə yetirilən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olmuşlar. Dəhşətli gecədə 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 150 nəfərin taleyi hələ də məlum deyildir.
Məktəbin tarix müəlliməsi Güntəkin Məmmədova gələcəyimiz olan uşaqlara Xocalı faciəsinin çatdırılmasının vacibliyindən, onlara vətənpərvərlik hisslərinin aşılanmasının zəruriliyindən söz açmışdır.
Tədbirdə məktəblilər faciə ilə bağlı duyğu və hisslərini bildirərək qeyd etmişlər ki, gələcək nəsillər də zaman-zaman millətimizə qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız insanın qanına batmış cəlladları, onların havadarlarını lənətləyəcəklər. Erməni cəlladlarının törətdikləri vəhşiliklər heç zaman onların hafizəsindən silinməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]