CƏMİYYƏT
Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunublar VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən, dezinfeksiya vasitələrindən istifadəni tövsiyə edirlər.
Təəssüf ki, bu tədbirlərə baxmayaraq, karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Bununla bağlı Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində olan vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejimi qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda, barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.