SİYASƏT


Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalını davam etdirir

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin (MSN) birlik və müəssisələri Azərbaycan Ordusunu silah-sursatla fasiləsiz iş rejimində təmin edir.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar.

Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.