Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
Bakı, 29 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:17]
Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək
- 13.05.2026 [13:19]
“EFES - 2026” təlimində Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü olub
- 13.05.2026 [10:48]
Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir
- 12.05.2026 [15:27]
“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO
- 11.05.2026 [22:47]
Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
- 10.05.2026 [20:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]