Cəbhədə noyabrın 4-nə olan son vəziyyət
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-ü gün ərzində və 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.02.2026 [11:23]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 31.01.2026 [10:05]
“Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir VİDEO
- 30.01.2026 [18:00]
Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib
- 29.01.2026 [16:53]
Hərbi qulluqçularımız Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar
- 29.01.2026 [11:57]