Müdafiə Nazirliyi: Cəbhənin Ağdam istiqamətində düşmən itki verib
Bakı, 7 noyabr, AZƏRTAC
Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.
Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.
62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [14:59]
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb
- 30.08.2026 [16:53]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.08.2026 [15:00]
Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
- 27.08.2026 [14:33]
“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
- 25.08.2026 [19:00]
Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]
Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
- 04.09.2026 [23:46]