Qusarda bayram coşqulu Bayraq yürüşü VİDEO
Xaçmaz, 9 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda 9 noyabr - Dövlət Bayrağı Günü böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər şəhər boyu yürüş edərək bayram əhval-ruhiyyəsi yaradıb.
Yürüş iştirakçıları Qusardakı Bayraq meydanından keçərək 1918-ci ildə “Qanlı dərə”də qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin ətrafında toplaşıblar. Burada Qusar Dövlət Ləzgi Dram Teatrının aktyor heyəti qəhrəman döyüşçülərimiz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması səhnəsini təqdim edib.