Xaricdə təhsil alan tələbələrimiz 20 Yanvar faciəsi ilə əlaqədar videoçarx hazırlayıblar VİDEO
İstanbul, 20 yanvar, AZƏRTAC
Xaricdə təhsil alan azərbaycanlı tələbələr 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videoçarx hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, dünyanın 10 ölkəsində çəkilən videoçarx Türkiyənin İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə hazırlanıb.
Videoçarxda 20 Yanvarın Azərbaycanın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi tarixə keçdiyi bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul