REGİONLAR
Diplomatik korpus nümayəndələri düşmənin yerlə-yeksan etdiyi Cəbrayıl şəhərində olublar VİDEO
Cəbrayıl, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlı ilə tanışlıqdan sonra Cəbrayıl şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərindəki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.