Təhsil naziri: Valideyninin COVID-19 pasportu olmayan uşaqlar tədrisdən kənar qalmayacaq VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Valideyninin COVID-19 pasportu olmayan uşaqlar tədrisdən kənar qalmayacaq .
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
O bildirib ki, Təhsil Nazirliyi olaraq valideynlər qarşısında COVID-19 pasportu tələbi qoyulmayıb.