2017-ci ildə Azərbaycanda təşkil olunacaq voleybol üzrə Avropa çempionatına hazırlıq müzakirə olunub
Bakı, 15 fevral, AZƏRTAC
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç və vitse-prezident Renato Arena Azərbaycanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi 2017-ci ildə ölkəmizdə keçiriləcək Avropa çempionatı ilə əlaqədar Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezident Faiq Qarayev, baş katib Elşən İsmayılov ilə görüşmək və hazırlıq prosesini müzakirə etməkdir.
Səfər zamanı qonaqlar paytaxtımızda olan voleybol arenalarına baxış keçirib, həmçinin CEV rəhbərliyinin Qubaya səfəri təşkil olunub.
Qeyd edək ki, Avropa çempionatı çərçivəsində bir neçə oyunun Qubada keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]