20 YANVAR FACİƏSİNİN 12-Cİ İLDÖNÜMÜNÜN KEÇİRİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
20 Yanvar faciəsinin 12-ci ildönümünün keçirilməsi üzrə Dövlət Komissiyasının iclasında müvafiq tədbirlər planı təsdiq edilmişdir.
Həmin plana uyğun olaraq, respublikanın idarə və müəssisələrində, bütün orta və ali məktəblərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş mərasimlərin keçirilməsi /15-19 yanvar/, Bakı şəhərində yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələrinin Şəhidlər xiyabanını ziyarətinin təşkili /20 yanvar/, yanvarın 20-də yerli vaxtla saat 12.00-da respublikanın bütün ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad olunması nəzərdə tutulmuşdur.