20 Yanvar şəhidinin xatirəsi Marneulidə anılıb
Tbilisi, 24 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Marneulinin Kirəc Muğanlı kəndində şəhid Etibar Eminovun doğulub boya-başa çatdığı evdə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK), QafqazTürk Media portalının nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
GAK sədri Hüseyn Yusifov şəhidin həyat yolundan danışıb, qəhrəman şəhidlərimizin xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq edib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Kamal Xəlilov 1990-cı il yanvarın 20-də sovet ordu birləşmələrinin Bakıda və ətraf rayonlarda törətdiyi qırğınlar barədə məlumat verib.
Mərhumun ruhuna dualar oxunub, ehsan süfrəsi təşkil olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.01.2026 [23:20]
Latviyada “20 Yanvar” nəşrinin təqdimatı olub
- 26.01.2026 [19:20]
Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb
- 24.01.2026 [14:00]
Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılıb
- 23.01.2026 [23:22]
Qaraçöpdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- 23.01.2026 [16:55]
Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb
- 22.01.2026 [01:44]
Kaliforniyada 20 Yanvarın ildönümü anılıb VİDEO
- 21.01.2026 [20:05]
Qanlı Yanvar şəhidlərinin xatirəsi Bolnisidə yad edilib
- 21.01.2026 [18:06]