20 Yanvar şəhidləri özlərindən sonrakı nəsillərə əsl qəhrəmanlıq nümunəsi göstərmişlər
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanı bizim hər birimiz üçün qibləgaha bərabərdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Nəzərbəy Hacıağayev söyləmişdir.
Demişdir ki, hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edir. Mən də hər il bu müqəddəs ünvana gəlməyi özümə borc bilirəm. Məhz ulu öndərimiz Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir. Onun siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]