20 Yanvar şəhidlərinin qəhrəmanlığı hər bir azərbaycanlıda böyük qürur hissi doğurur
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il ötür. Faciə qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələnlərdən biri də gənc memar Asəf Zeynallıdır.
Gənc memar AZƏRTAC-a müsahibəsində demişdir ki, 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olmuşdur. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini amansızcasına atəşə tutmuşdur. Yuzlərlə insan şəhid olmuş və yaralanmışdır.
Asəf Zeynallı qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Hazırda ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə yüksək səviyyədə diqqət və qayğı göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]