Pyer Benolyel: Əminəm ki, Azərbaycan müstəqilliyini daha da möhkəmləndirəcək VİDEO
Paris, 29 may, AZƏRTAC
Azərbaycanlı dostlarımla birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd etmək mənim üçün şərəfdir. Bu şərəfi mənə yaşatdığı üçün Azərbaycanın Parisdəki səfirinə təşəkkürümü bildirirəm. Azərbaycan dövlətinin rəhbərliyini, xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu fikirləri Azərbaycan Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr edilmiş ziyafətdə iştirak edən vəkil Pyer Benolyel AZƏRTAC-a müsahibəsində deyib.
“Azərbaycanı çox sevirəm, çoxlu azərbaycanlı dostlarım var. Azərbaycana sülh, uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan daim inkişaf edəcək, müstəqilliyini daha da möhkəmləndirəcək. Fransa və Azərbaycan arasında dostluq əlaqələri çox yaxşıdır və inanıram ki, bu dostluq daha da inkişaf edəcək”, - deyə P.Benolyel bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]