Əhməd Baba: Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə ortaq tariximizin şanlı səhifəsidir VİDEO
Ankara, 15 iyun, AZƏRTAC
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə Qarabağı azadlığa qovuşdurdu. Bu Zəfər ortaq tariximizin şanlı səhifəsidir. Haqlı mücadiləsində hər zaman Azərbaycanın yanında olan Türkiyə öz qardaşlarını müdafiə etməkdə davam edəcəkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba ifadə edib.
15 iyun - Milli Qurtuluş Günü imzalanan Şuşa Bəyannaməsinin mühüm hadisə, şanlı tariximizin ildönümünü mübarək tarix kimi dəyərləndirən Əhməd Baba deyib ki, qarşıda duran ən böyük vəzifələrdən biri ortaq tariximizi yaşatmaq, Xocalı soyqırımı başda olmaqla xalqımızın başına gətirilən müsibətləri unutmamaq, unutdurmamaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara