Xaçmazda 20 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO
Xaçmaz, 9 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 20 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda görə, rayon sakini Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Allahquliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:14]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:10]