REGİONLAR
Kürdəmirdə ağır yol qəzası baş verib VİDEO
Kürdəmir, 12 sentyabr, AZƏRTAC
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 21:30 radələrində Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21010” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısındakı “KAMAZ” markalı yük maşınına çırpılıb. Nəticədə 4 nəfər - “VAZ 21010”-un sürücüsü 38 yaşlı Röyal Səyyar oğlu Kərimov, 42 yaşlı Mayıl Mikayıl oğlu Kərimov, 34 yaşlı Pərvin Əliağa oğlu Əhmədov və 30 yaşlı Elnur Saleh oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]