Erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Emin Fərzəliyev dəfn edilib VİDEO
Ağcabədi, 14 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn əsgər Fərzəliyev Emin Elnur oğlu sentyabrın 14-də Ağcabədidə izdihamla dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin nəşi Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin ruhuna dualar oxunub.
Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.