REGİONLAR
Dövlət Komissiyası: Edilli kəndində qazıntı işləri davam etdiriləcək VİDEO

Xocavənd, 5 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Dövlət başçısının tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə fevral ayından əsr və itkin düşmüş vətəndaşların axtarışına başlamışdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev söyləyib.
Onun sözlərinə görə, axtarışlar ilk olaraq Xocavənd rayonunun Edilli kəndində aparılıb: “Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman olunur. Axtarışlar davam etdiriləcək”.