MƏDƏNİYYƏT


Azərbaycan 15-ci Beynəlxalq Fes Festivalında təmsil olunacaq VİDEO

Paris, 5 oktyabr, AZƏRTAC

Parisdə “Mərakeş evi”ndə (Maison du Maroc) Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin də tərəfdaşı olduğu 15-ci Beynəlxalq Fes Festivalının mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-dən 29-dək keçirilməsi nəzərdə tutulan 15-ci Beynəlxalq Fes Festivalı “Sufi mədəniyyəti”nə həsr olunacaq. Festivalın prezidenti Fauzi Skali sufi mədəniyyəti haqqında məlumat verərək bildirib ki, sufizm rasional seçimlərimizdən daha çox insanı canlandıran və hidayət edən daxili həyatın reallığına əsaslanır. Karol Latifa Amir Festivalın ilkin proqramını təqdim edərək, iştirakçı ölkələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan artıq bir neçə ildir, Fes Festivalına qatılır və bu il Beynəlxalq Muğam Mərkəzi Azərbaycanı festivalda təmsil edəcək. O, Azərbaycanda sufilik tarixindən də söz açıb. Həmçinin, 2008-ci ildən UNESCO-nun Mədəniyyət İrsinə daxil edilmiş, türk tarixinin, ənənəsinin, inancının bir parçası olan “Səma rəqsi”nin insanların mənəvi səyahəti olması haqqında da məlumat verilib.

Mətbuat konfransı Mərakeş musiqiçilərinin sufi musiqisi ilə davam edib.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.