İsmayıllıda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb VİDEO
İsmayıllı, 5 dekabr, R.Türkoğlu, AZƏRTAC
İsmayıllıda mikroavtobus yoldan çıxaraq aşıb, 8 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45 -ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi sərnişin mikroavtobusu Şəki-Bakı marşrutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Eltun Yusibov və 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.