CƏMİYYƏT
“YAŞAT” Fondu: Tibb istiqaməti üzrə 16 minə yaxın müraciət təmin olunub VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
"YAŞAT" Fondunun dörd fəaliyyət istiqaməti var. Fondun fəaliyyət istiqamətləri üzrə 71 milyon 612 min 351 manat 53 qəpik vəsait xərclənib. Belə ki, vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 1 milyon 347 min 611 manat 19 qəpiyi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 22 milyon 449 min 998 manat 4 qəpiyi isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.
AZƏRTAC xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun ikiillik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
E.Hüseynovun sözlərinə görə, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə 432, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198 müraciət təmin edilib.