24 ŞƏHİD AİLƏSİ VƏ QARABAĞ ƏLİLİNƏ TƏZƏ MƏNZİL VERİLMİŞDİR
Mingəçevirdə 24 şəhid və Qarabağ əlilinin ailəsi Yeni ili 2 və 3 otaqlı təzə mənzillərdə qarşılayacaqdır.
Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, 20 Yanvar prospektində ucaldılmış 70 mənzilli evin qarşısında keçirilən ümumşəhər mitinqində onlara təzə mənzillərin orderləri təqdim edilmişdir.
Şəhid ailələrinin üzvləri və Qarabağ əlilləri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə canlarını və fiziki sağlamlıqlarını qurban vermiş igid vətən oğullarına göstərdiyi daimi qayğıya və Yeni il ərəfəsində onlara belə sevinc bəxş etdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.
Şəhər ictimaiyyətinin nümayəndələri də bu sevincə qoşulmuş, təzə mənzil alanlara gözaydınlığı vermişlər.
Binanın qalan 47 mənzilində də son tamamlama işləri başa çatdırılaraq, gələn il şəhid ailələrinə və Qarabağ əlillərinə paylanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]