Azərbaycan Dövlət İnformasiya Agentliyi

26 İyun – milli ruhun və qürurun təntənəsi

26 İyun – milli ruhun və qürurun təntənəsi

Bakı, 25 iyun, AZƏRTAC

Bəzən elə günlər olur ki, onların əhəmiyyəti nə zamana, nə də məkanla ölçülə bilər. Bu cür günlər bir xalqın ruhuna hopur, onun kimliyini, mübarizəsini və yaddaşını canlandırır. Belə günlər zamanın sükutunu və əsrlərin unudulmaz xatirələrini yaradır. Onlar millətin ruhunda əbədi yaşayacaq müqəddəs nişanələrə çevrilir və gələcək nəsillərə örnək olur.

26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir dövlət quruculuğu və hərbi strukturun formalaşması günü deyil. Bu gün, eyni zamanda, millətin öz varlığını, istiqlalını və suverenliyini qorumaq üçün ayağa qalxdığı, nəfəsini, qüvvəsini, qəlbini silaha, sipərə və bayrağa çevirdiyi müqəddəs bir anın simvoludur. Bu günün mənası tarixi qanunauyğunluqla yanaşı, milli şüurun dərin qatlarına nüfuz etmiş, hər bir vətəndaşın ruhunda daşıdığı qürur və məsuliyyət kimi ifadə olunur.

Bu sözlər Milli Məclisin deputatı Azər Allahverənovun “26 İyun – milli ruhun və qürurun təntənəsi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

26 iyun günü, xalqın qəlbi dağlar qədər möhkəm, sarsılmaz, həyatın bütün çətinliklərinə sinə gərən gücdədir. Bu qəlb hər bir çətinliyə, düşmən təhdidlərinə qarşı dimdik dayanır, sarsılmaz iradəsi ilə gələcəyə doğru parlaq işıq saçır. Ruh isə qılıncın parıltısı qədər iti və kəskindir, sanki hər an qələbəyə doğru şəfəq saçan bir işıqdır. Xalqın yaddaşı isə səngərin dərinliyi qədər möhkəm və genişdir, burada hər qəhrəmanın, hər şəhidin, hər vətən uğrunda canından keçənin xatirəsi saxlanılır, əbədiləşir.

Bu gün yalnız bir tarixi hadisənin xatırlanması deyil, eyni zamanda, milli iradənin, vətənpərvərlik ruhunun və mənəvi dəyərlərin təntənəsidir. 26 iyun bir millətin azadlıq, müstəqillik və vətən sevgisi yolunda yaşadığı çətinliklərin, qurbanların və zəfərlərin simvoludur. Bu gün, bir anlamda, millətin öz varlığını, tarixi taleyini və gələcəyini qorumaq üçün göstərdiyi sədaqətin və fədakarlığın poetik və elmi əks-sədasıdır. Hər birimiz üçün bu gün həm də milli yaddaşın, həm də milli ruhun yenidən doğuşunun, milli qürurun təntənəsi və təcəssümüdür. Bu tarix xalqımızın keçdiyi yollardan, qarşılaşdığı sınaqlardan alınan dərslərin, mübarizənin və ümummilli həmrəyliyin təzahürüdür.

Azərbaycan Xalq Cümhuriyyəti tarixin səhifələrində sanki səhrada açan incə bir lalə kimi parladı. Qısa ömürlü olsa da, böyük qürurla və şərəflə dolu idi. 1918-ci il iyunun 26-da qəbul olunan qərarla ordu quruculuğu başlanıldı. Bu qərar, xalqın azadlıq və müstəqillik arzularının ən mühüm təzahürü oldu. Həmin ordunun məqsədi sadəcə torpağı qorumaq deyil, xalqın yuxularını, azadlığını qorumaq idi. Bu ordunun əsgərləri sərhəddə, həyat və ölüm arasında dayanaraq, yalnız Vətəni düşünürdülər. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, ruhu heç vaxt sönmədi. O ruh xalqın qan yaddaşında dərin kök saldı və nəsildən-nəslə ötürülərək hər bir gəncin, ordu sıralarında yer alan hər bir əsgərin qəlbində yenidən alovlandı.

Müstəqillik bərpa olunduqca həmin ruh yenidən canlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə xalq anladı ki, bayrağı ucaldan əllər güclü ordusuz heç nədir. Lakin o illər çox ağır keçirdi. Ordu zəif, xalq narahat, torpaqlar işğal altında idi. Belə ağır vəziyyətdə dövlətin rəhbərliyinə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev gətirildi. Nə üçün Heydər Əliyev? Çünki Azərbaycan xalqının yaddaşında Ümummilli Lider Heydər Əliyevin çox da uzaq olmayan 1969-cu ildə hakimiyyətə birinci gəlişi barədə xatirələr dərin kök salmışdı. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmizin ictimai-siyasi həyatında dərin və köklü dəyişikliklər baş verdi. Onun uzaqgörən siyasəti, müdrik rəhbərliyi və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində bir çox sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində mühüm islahatlar həyata keçirilməyə başladı. Məhz Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycanda milli hərbi kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirildi. Bu istiqamətdə atılan addımlar strateji əhəmiyyət daşıyırdı və gələcəkdə güclü, peşəkar ordunun formalaşması üçün əsaslı zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev hələ Sovet dövründə Azərbaycan gənclərinin hərbi sahədə təhsil almaları üçün müxtəlif ali hərbi məktəblərə göndərilməsinə nail oldu. Belə ki, Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Bu isə gələcək müstəqil Azərbaycan Ordusunun peşəkar kadr potensialının bünövrəsinin əsasını qoydu. Bu baxımdan tam əsasla söyləmək olar ki, müasir Azərbaycan Silahlı Qüvvələrinin inkişaf və formalaşma tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun hərbi sahəyə göstərdiyi xüsusi diqqət və qayğı, milli ordu quruculuğuna verdiyi töhfələr gələcəkdə Azərbaycanın müstəqilliyini qoruyacaq güclü silahlı qüvvələrin formalaşmasına imkan yaratdı.

Beləliklə, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə ordu quruculuğu işlərini daha da sürətləndirdi. Onun dövründə orduya göstərilən diqqət nəticəsində silahlı qüvvələrimiz struktur baxımından təkmilləşdi, hərbi texnika və kadr hazırlığı sahəsində ciddi addımlar atıldı, vətənpərvərlik ruhunda zabit və əsgərlərin yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəlişi yalnız siyasi sabitlik deyil, həm də xalqın qürurunun, ruhunun bərpası oldu. Heydər Əliyev ordu quruculuğuna xalqın övladı kimi yanaşdı. Əsgərin əlindəki silahdan öncə qəlbindəki inancı gücləndirdi, çünki yaxşı bilirdi ki, əsgər torpağı sevmədən süngü qaldırmaz, bayrağı anlamadan onu qoruyacaq əl də titrəyər.

Bu yeni ordu artıq təkcə döyüşən deyil, həm də düşünən, anlayan və hiss edən bir güc kimi formalaşırdı. Ordunun sistemli quruculuğu, zabit məktəblərinin yaradılması, hərbi nizamnamələrin tətbiqi ilə yanaşı, ən vacib məqam ruhun inşası idi. Bu ruh bir gün mütləq döyüş meydanında özünü göstərəcəkdi. Heydər Əliyev o günün gələcəyinə ümidlə baxırdı.

Zaman getdikcə, siyasi səhnəyə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev çıxdı. O, atasının qoyduğu möhkəm təməl üzərində sadəcə binalar tikmədi, bəşər tarixinə qızıl hərflərlə yazılmış böyük Qələbə - Zəfər minarəsini ucaltdı. Prezident İlham Əliyev ordunu yalnız müasir texnika ilə təmin etmədi, onu milli intiqam və tarixi ədalət simvoluna çevirdi. Onun siyasəti yalnız hərbi strategiya deyildi, bu, xalqın ruhunu silaha çevirən, hər bir əsgərin qəlbində dərin məna doğuran liderlik nümunəsi idi. Orduda təkcə güllə və mərmi yox, şəhidlərin ruhu, əsir yurdun həsrəti, ədalət və qələbə arzusu vardı. O, orduya təkcə texnika deyil, güc, iradə verdi və tarixi ədalətin bərpasına səbəb olacaq ümummilli vəzifəyə doğru aparan hədəfləri göstərdi.

Nəhayət, zaman gəldi və 2020-ci ilin sentyabrında uzun illərin səssizliyi pozuldu. Qarabağın dağları Azərbaycan əsgərinin addım səsləri ilə titrədi. Bu savaş 44 gün sürdü, amma əsrlər boyu yığılmış borcu, tarixi ədaləti bərpa etdi. Bu müharibə sadəcə torpaq uğrunda deyil, şəhidlərimizə, qəhrəmanlarımızın xatirəsinə olan dərin minnətdarlığın ifadəsi idi. Azərbaycan əsgəri yalnız güllə ilə deyil, dua ilə, salamla, ürəklə döyüşdü. O, səngərdə səssizcə dua etdi, dağlarda şücaət göstərdi, Şuşaya yalnız bayraq deyil, həm də ürək dolusu məhəbbətlə dırmaşdı. Bu döyüşlərdə torpaq sanki əsgərə yol açır, dağlar baş əyir, çaylar pıçıldayırdı: “Gəldin, əsgərim, gecikmədin”. Şuşa azad ediləndə təkcə şəhər yox, xalqın ruhu da azad olundu. Bu zəfərin səsi yalnız Bakıda deyil, Kəlbəcərin dağlarında, Laçının çinarlarında, Zəngilanın günəşində və Cəbrayılın qaranquşlarında da eşidildi.

Müharibədən sonra başlayan paradlar isə sadəcə ordu gücünün nümayişi deyildi. 2020-ci il dekabrın 10-da Zəfər Paradı xalqa verilmiş böyük bir təbrik, düşmənə göndərilmiş xəbərdarlıq, tarixə vurulmuş möhkəm möhür idi. Hərbi texnikalar səliqə ilə düzülmüşdü, amma hər topun, hər tankın arxasında şəhid analarının göz yaşları, qazilərin əyilməyən beli, əsgərlərin alnında dayanan qürurlu təbəssüm dayanırdı. 2023-cü ildə Şuşada keçirilən parad isə sanki bayraqla yazılmış şeir, silahla səslənən dua kimi idi. Hərbi hissələr addımlayırdı, amma torpaq sanki onlara cavab verirdi: “Sizə əmanət idim, gəlib aldınız”.

Bu gün 26 iyun artıq təkcə ordunun deyil, bütöv xalqın günüdür. Hər bir azərbaycanlının qəlbi bir səngərə, hər körpənin baxışında bir əsgərin inamına, hər anaların duasında bir komandanın qüdrətinə çevrilir. Silahlı Qüvvələrimiz təkcə ölkənin sərhədlərini deyil, xalqın ruhunu, gələcəyini qoruyur. Onlar sabahın əminliyidir, bayrağın rənginə boya verilmiş al qanın himayədarıdırlar. Onlar şəhid məzarlarının sakitliyini qoruyan, əzmkarlığı və Vətən sevgisini yaşadan əsgərlərdir. Bu xüsusiyyətə diqqət çəkən Prezident İlham Əliyev əminliklə bildirir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Azərbaycan ordusu yurdun səsi, xalqın nəfəsi və dövlətin ürəyidir. Bu ürək döyündükcə biz yaşayırıq, bu nəfəs gəldikcə biz güclənirik. Bu gün biz hamımız o ordunun əsgəriyik düşüncəmiz, sevgimiz, dualarımız və qürurumuzla. Biz birlikdə güclüyük, birlikdə azadıq, birlikdə gələcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH