Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər həyatını itirib VİDEO
Quba, 10 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba- Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.