Tarix Muzeyində təsviri və incəsənət nümunələrindən ibarət müsabiqə-sərgi keçirilib VİDEO
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Milli Azərbaycan Tarix Muzeyində Naxçıvanın yaradılmasının 100 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr edilmiş təsviri və incəsənət nümunələrindən ibarət müsabiqə-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, dördüncü dəfə təşkil edilən sərgidə 50-dən çox rəsm əsəri nümayiş olunub. Gənclərimiz əsasən tariximizə aid əsərlərə üstünlük veriblər.
Sərgidə münsiflər heyətinin iştirakı ilə qaliblər müəyyənləşərək 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülüblər.
Tədbir bədii hissə ilə davam edib.