Tovuzda avtomobil yanıb, sürücü yanıq xəsarətləri alıb VİDEO
Tovuz, 25 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. Sürücü “VAZ 2106” markalı avtomobilin idarəetməsini itirərək, onu körpünün kənarındakı beton səddə çırpıb. Bu zaman avtomobil yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Sürücü yanıq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.